XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 10:40

“Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”- Robert Sekuta

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin yaxınlaşması istiqamətində fəaliyyətini davam etdirir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda jurnalistlər qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmsədrlər hər iki ölkənin XİN başçıları və Prezidentlərinin yeni görüşləri üzərində işləyir.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll oluna bilər.