XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 19:44

Səməd Seyidov:“Regionda ABŞ-ın maraqlarının təmin edilməsi ölkəmizlə əməkdaşlıqdan asılıdır”

s%c9%99m%c9%99d-seyidov

“Biz öncə də demişdik və indi də təkrar edirik ki, Azərbaycan Amerika xalqının seçdiyi prezidentlə işləyəcək. İndiki halda Amerika xalqı Trampı seçib və biz onunla işləyəcəyik”, – ABŞ-dakı prezident seçkilərinin nəticələrini şərh edərkən AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov belə deyib.

Səməd Seyidovun fikrincə, bizi ilk növbədə Amerika prezidentinin ölkəmizin maraqlarını nə dərəcədə nəzərə alacağı narahat etməlidir. Hər bir halda arzu olunandır ki, ABŞ-ın yeni rəhbərliyi öz ölkəsinin Azərbaycan qarşısında götürdüyü tərəfdaşlıq öhdəliklərinə sadiq qalsın və hər hansı lobbist qrupların və anti-Azərbaycan qüvvələrinin təsirindən qaçsın.

“Əlbəttə, Obama administrasiyası ölkəmizlə münasibətlərdə xeyli yanlışlıqlara yol verib, lakin düşünürəm ki, hazırkı administrasiya bu səhvləri düzəldəcək və münasibətlərin əvvəlki səviyyəsinə qayıdacaq. Bizim bir arzumuz var: Ag Evin yeni sahibi ölkəmizin regiondakı əhəmiyyətini və rolunu anlasın. Bu mənada nəzərə alınmalıdır ki, ABŞ-ın özünün regiondakı maraqlarının təmin edilməsi Azərbaycanla strateji və qarşılıqlı faydalı əməkdaşlıqdan asılıdır”, – S.Seyidov əminliklə bildirib. (Virtualaz)