XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 21:11

Elşən Nəsibov yazır:"ABŞ-ın Tramp dövrünün xarici siyasəti"

 

tramp-666

ABŞ-da Respublikaçılar partiyasından olan namizədin – Trampın,  prezident seçilməsi  ABŞ-ın xarici siyasətində bu kimi addımların atılmasını sürətləndirəcək:

– ABŞ-ın  Yaxın Şərqdə-İraqda, Suriyada, Əfqanıstanda hərbi iştirakını gücləndirəcək;

– Rusiya ilə hərbi rəqabət güclənəcək;

– NATO-nun hərbi siyasəti güclənəcək – Avropada strateji hərbi siyasət güclənəcək;

– Şərqi Avropada Rusiya ilə hərbi gərginlik vəziyyətlərinin sayı artacaq;

– Miqrantlara, xüsusilə müsəlman miqrantlara qarşı siyasət sərtləşdiriləcək;

– Türkiyəyə təzyiqlər artacaq;

– Türkiyə uğrunda ABŞ-Rusiya rəqabəti güclənəcək;

– ABŞ okeanlarda hərbi-dəniz və iqtisadi dəniz qüdrətini artıracaq;

– ABŞ iqtisadiyyatı dünyada monopol səviyyəsini genişləndirəcək;

– ABŞ-ın Çinlə rəqabətində gərginliklər artacaq və s.

Trampın seçilməsi dünya düzənində, əlaqələr və münasibətlər sferasında kompleksində telləri gücləndirəcək.  Əlaqələr və münasibətlərdə bərkləşmələr yaranacaq. ABŞ milli mənafeyinin radikal müdafiəsi və təmini nəticə etibarilə gərginlikləri artıracaq. Bu baxımdan ABŞ-ın Rusiya və Çin üzərinə sərt gedişi Rusiya və Çində əks-təsirlə qarşılanacaq – bu, bir tərəfə.

Digər məsələdə isə  gərgin siyasətin tətbiqi Rusiya və Çində müdafiə instinktini artıracaq, siyasi şüurlarda oyanışlara səbəb olacaq. Bu baxımdan da Çin və Rusiyanın inkişaf sürətində artım templəri müşahidə olunacaq.

 

Elşən NƏSİBOV,

Siyasətşünas-alim