XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 00:44

Tramp İsrailin baş naziri ilə telefonda danışdı:“ABŞ-ın İsraildən yaxşı müttəfiqi yoxdur”

tramp-666

ABŞ-da prezident seçkilərinin qalibi Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Bu barədə İsrail baş nazirinin mətbuat xidməti açıqlama yayıb.

Söhbət zamanı Netanyahu Trampı noyabrın 8-də keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“ABŞ-ın İsraildən yaxşı müttəfiqi yoxdur”, – deyə İsrail baş naziri bildirib. Donald Tramp, öz növbəsində, Benyamin Netanyahu ilə mümkün qədər tez görüşmək istədiyini vurğulayıb.

Qeyd olunur ki, tərəflər həmçinin regional məsələlərə toxunublar.

APA