XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 11:21

Həbsdə olan “Azadlıq” qəzetinin direktorunun səhhətində problem yaranıb

faiq-emirli-1

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi və “Azadlıq” qəzetinin maliyyə direktoru, hazırda Kürdəxanı təcridxanasında saxlanılan Faiq Əmirlinin səhhətində problemlər yaranıb.

Həbsdə olduğu müddətdə onda xroniki mədə xəstəliyi əmələ gəlib.  20 kq. çəki itirib. Bunu F.Əmirovun vəkili Aqil Layıcov bildirib. (Turan)

Vəkil F.Əmirovun səhhətilə bağlı narahatlığını bildirib, çünki onun həbsdə qalması xəstəliyini ağırlaşdıra bilər.

F.Əmirov avqustun 20-də saxlanılıb, iki gündən sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi onu CM-in 168.1 (dini ayinlərin törədilməsi adı altında vətəndaşların hüquqlarına qəsd) və 283.2.2 (xidməti vəzifəsindən istifadə etməklə milli, irqi və ya dini düşmənçiliyin salınması) ittham edib.

İstintaq F.Əmirovu Fətullah Gülənin Azərbaycandakı “imam”ı adlandırıb.

O, ittihamları rədd edir.