XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

10 Noyabr 2016 - 15:56

Tramp rus təyyarələrini vuracaq? –Rus siyasətçidən maraqlı açıqlama

rus

ABŞ-ın yeni prezidenti Donald Trampa özünü sübut etmək üçün xarici siyasətdə parlaq hərbi qələbə lazımdır.

Bunu Ukrayna mətbuatına müsahibəsində Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov söyləyib. Onun sözlərinə görə, bu, Rusiya üçün böyük problemə çevrilə bilər:

“Trampın şüarı “Amerikanı yenidən böyük edək”dir. Bu cür insanlar böyüklüyü başqalarının üzərində hökmranlıqda görürlər. Buna görə də o, mütləq gücünü göstərəcək. Onun kimisə məğlub etməsi lazımdır. Belə qələbə dünyanın istənilən yerində ola bilər. Daha real variant kimi Suriyanı götürmək olar. Bunun üçün o, Suriyada rus təyyarələrini vurmalı olacaq. Əgər belə etməsə, qalib olmayacaq”.   (Axar.az)