“Donald Tramp Qarabağ məsələsini danışıqlar yolu ilə həllini dəstəkləyəcək”.
Strateq.az bildirir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib. Onun fikrincə, Trampın prezident seçilməsi həm Qarabağ probleminin həllinə və Ermənistandakı iqtisadı vəziyyətə müsbət təsir göstərəcək.
Trampın Azərbaycanda biznes maraqlarının olması və buna görə də onun Azərbaycanın tərəfini saxlayacağı barədə deyilənlərə gəlincə, E.Şarmazanov onları «primitiv dəyərləndirmə» adlandırıb: “Birincisi, onun orada biznesinin olması hələ o demək deyil ki, o, həmin ölkənin maraqlarını müdafiə etməlidir. İkincisi də, hamı anlamalıdır ki, işa damı Trampla namizəd Tramp ayrı-ayrı məsələlərdir. Rəsmi Vaşinqtonun siyasətini yürüdəcək prezident Tramp isə tamam başqa məsələdir”, – deyə o bildirib.