XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2016 - 20:20

“Bu istiqamətdə uğurlar əldə etmək istəyirik” –Gürcüstanda azərbaycanlı tələbələrin daha bir təşkilatı yaradılıb

gurcu-teskilat

Tiflisdə Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin təqdimat mərasimi keçirilib.

Tədbirdə İvane Çavaxişvili adina Tiflis Dövlət Üniversitetinin III kurs tələbəsi Mustafa İsmayılov birliyin sədri seçilib.

Tədbirdə çıxış edən müxtəlif universitetlərin tələbələri yeni təşkilatın yaradılmasını alqışlayıblar.

Təqdimatdan sonra tələbələrin yeni təşkilatla bağlı sualları cavablandırılıb.

M. İsmayılov bildirib ki, qurumun yaradılmasında məqsəd Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sosial, elmi və mədəni inkişafını təmin etmək, onların maariflənməsi və sərbəst müzakirələr apara bilməsi üçün alternativ təhsil proqramları təşkil etməkdir. O qeyd edib ki, bu proqramlara yerli və xarici ekspertlər, elm adamları dəvət olunacaq: "Biz, eyni zamanda, azərbaycanlı tələbələrin Gürcüstan cəmiyyətinə inteqrasiyasına dəstək olmaq və onların vətəndaş düşüncəsinin formalaşması üçün müxtəlif məqsədyönlü tədbirlər həyata keçirmək və bu istiqamətdə uğurlar əldə etmək istəyirik". 

APA