XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 12:10

Nemət Pənahlı Etibar Məmmədovu təriflədi:“Yaxşı ki, onun qanadı qalib gəldi...”

nemet

“O vaxtlar hərəkatda olan və özlərini liberallar adlandıran şəxslər Moskvadan azadlıq və müstəqillik tələb etməyimizi süngü ilə qarşılayırdılar. Lakin Etibar Məmmədovun rəhbərlik etdiyi radikal qanad ilk növbədə müstəqillik əldə etməyimizi qəti şəkildə qoymuşdu və sevindirici haldır ki, Etibar bəyin "radikal” qanadı sonda qalib gəldi”.

Strateq.az bildirir ki, bu sözləri Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nehmət Pənahlı Azərbaycanın dövlət müstəqilliyinin tanınmasının 25 illiyinə həsr olunmuş Dəyirmi Masada deyib.

 O bildirib ki, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınması da Etibar Məmmədovun bu qətiyyətli və özünəinamlı fəaliyyətinin nəticəsidir: “Azadlıq meydanına çıxanda bizə deyirdilər ki, Rusiyaya qarşı çıxmaq olmaz. Amma əliyalın Azərbaycan xalqı atom silahına malik imperiyaya qalib gəldi”.

N. Pənahlı bildirib ki, bu gün Azərbaycandakı çətinliklərə baxmayaraq hamı üçün vacib olan dövlət müstəqilliyinin qorunub saxlanılmasıdır.