XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 14:29

Deputatdan təklif:“Polislərin maaşı qaldırılsın!”

qudret-1

Millət vəkili Qüdrət Həsənquliyev polislərin maaşının artırılması məsələsini təklif edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxış edib. Millət vəkili bildirib ki, hazırda polis siravisi 420 manat, polis zabiti isə 480 manat maaş alır:

“İndiki devalvasiyalar dövründə isə bu maaş polisin ləyaqətli həyat səviyyəsini təmin etmək üçün bəs deyil. Başa düşürük ki, müharibə vəziyyətindəyik, çətin dövrdür. Amma dövlətin elə strateji sahələri var ki, orada çalışan insanların əmək haqları artırılmalıdır”.