XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 14:37

Məmmədyarov Parisdə Dağlıq Qarabağımüzakirə edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Fransaya işgüzar səfər edəcək.

Trend-in əldə etdiyi məlumata görə, nazir Parisdə fransalı həmkarı Jan-Mark Ero ilə görüşəcək.

Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları nəzərdən keçiriləcək.

E.Məmmədyarov Fransaya hazırda səfərdə olduğu Portuqaliyadan yola düşəcək.