XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 Mart 2015 - 12:28

Müsavat Məclisinin sədri ADR-də təmsil olunan partiya üzvlərinə müraciət edib

nush.jpg

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı başqanlığa sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan partiya üzvlərinə müraciət edib.

N. Sadıqlı APA-ya açıqlamasında partiya üzvlərinin iki qurumdan birini – ya ADR-i, ya da Müsavatı seçməli olduqlarını vurğulayıb: “Azərbaycan Demokratiya və Rifah Hərəkatı indi ictimai təşkilat olsa belə, gələcəkdə partiyaya çevriləcək. Ona görə də mən müsavatçılara müraciət etmək istəyirəm ki, ya ADR-i, ya da Müsavatı seçsinlər. Həm Müsavatda, həm də ADR-də olmaq mümkün deyil. Həm də ADR-in müxalifyönlü və ya iqtidaryönlü təşkilat olacağı da məlum deyil”.

N. Sadıqlı qeyd edib ki, Q. İbadoğlu və tərəfdarlarının ADR-i yaratmaqda məqsədi Müsavatı parçalamaq idi və bu istiqamətdə də fəaliyyətlərini davam etdirirlər: “Ona görə də müsavatçılar özləri seçim edib, ya ADR-i, ya da Müsavatı qəbul etməlidirlər. Əvvəldən Qubad İbadoğlu və tərəfdarları istəyirdilər ki, Müsavatı parçalamaq görüntüsü yaradaraq, ona alternativ qurum yaratsınlar”.

ADR Hərəkatının sədr müavini, Müsavat Məclisinin üzvü Vurğun Əyyub isə APA-ya açıqlamasında N. Sadıqlının fikirləri ilə razılaşmayıb, hərəkatın Müsavata alternativ yaradıldığı barədə arqumentlərini əsassız adlandırıb: “Müsavatın strukturları, yəni İcra Aparatı, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və digər orqanlar başqa partiyalarda da var. Məncə, Nüşabə Sadıqlının bu yanaşması sadəcə, irad bildirmək xatirinədir”.