XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 10:03

ABŞ qanunsuz yaşayan azərbaycanlı mühacirlərin taleyi necə olacaq? –Amerikada belə soydaşlarımız az deyil

muhacir

Donald Tramp seçki kampaniyası dövründə deyirdi ki, qanunsuz mühacirlər  ölkədən çıxarılacaq. İndi Tramp prezident seçiləndən sonra bu qanunsuz mühacirlərin, o cümlədən azərbaycanlı mühacirlərin axırıı necə olacaq?

Azadlıq radiosu bu məsələni araşdırıb. Əvvəla, Amerikada azərbaycanlı qanunsuz mühacirlər varmı, onların sayı çoxdurmu?

Amerikalı hüquqşünas Qorxmaz Əsgərov Azadlıq Radiosuna deyir ki, Amerikada belə sənədsiz azərbaycanlı mühacirlərin sayı az deyil. Hətta onlar çoxdurlar. Bəs belə qanunsuz mühacirlər Amerikaya necə gəliblər?

Hüquqşünas izah edir ki, bu azərbaycanlılar Amerikaya tam qanuni şəkildə gəliblər. Qanunsuz, daha doğrusu sənədsiz mühacirə sonra çevriliblər. Ya universiteti atıblar, ya vizanın vaxtı keçib, uzatmayıblar və s.

Onlar belə sənədsiz ola-ola Amerikada necə yaşayırlar və necə işləyirlər? Qorxmaz Əsgərov deyir ki, məsələn, küçədə polisin hər hansı bir insanı saxlayıb, sənəd tələb eləmək səlahiyyəti yoxdur. Ona görə qanunu pozana qədər heç kim səndən sənəd istəmir.

Bəs belə insanlar işə necə düzəlir? Hüquqşünas deyir ki, onlar əsasən fiziki və ya aşağı işlərə gedirlər, orda da işə götürən çox vaxt sənədin olub-olmamağına baxmır.

Hətta belə sənədsiz mühacirlər maaş alıb, vergi də ödəyirlər. Nəticədə sənədsiz mühacir Amerikada həm yaşaya bilir, həm də işləyib, vergi verir, heç kim də bilmir ki, onun sənədi yoxdur.

Bütün bunlara baxmayaraq hüquqşünas bütün sənədsiz mühacirlərə məsləhət görür ki, yubanmadan öz sənədlərini qaydaya salsınlar və bunun qanunda nəzərdə tutulan yollarını da göstərir.