XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 11:34

Fəzail Ağamalı:“Azərbaycanın əsas siyasi qüvvələri arasında heç bir problem yoxdur”

fezail

“Bu gün Azərbaycanın əsas siyasi qüvvələri arasında heç bir problem yoxdur. Radikal mövqedə dayanan, ciddi sosial bazası olmayan siyasi qüvvələr istisna olmaqla ölkəmizdə siyasi partiyalarla dövlət arasında həmrəylik, konstruktiv əməkdaşlıq mövcuddur.

Strateq.az bildirir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hakim partiyanın saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu Azərbaycanın siyasi mühitində mövcud olan mühüm uğurlardan biridir.

Siyasi partiyalar arasında bir neçə il keçirilən dialoqa toxunan F. Ağamalı deyib ki,müzakirələr üçün sosial sifariş, həmçinin aktul problemlər olmalıdır:  “Bu problemlərə dair fikir mübadiləsi aparılsın və ortaq məxrəc tapılsın. Bizim üçün fərqli fikr və mövqe ifadə etməyə ehtiyac yoxdur. Çünki Azərbaycan dövlətinin daxili və xarici siyasəti sırf milli maraqlar üzərində qurulduğuna və kifayət qədər uğurlu olduğuna görə hər hansı bir çəkişmə, fərqli fikir ifadə etməyə lüzum yoxdur.

Deputatın sözlərinə görə, ən böyük problem işğal edilmiş Azərbaycan torpaqlarının azad olunmasıdır. Bununla bağlı cəmiyyətdə hər hansı bir fərqli yanaşma, fikir ortaya çıxarsa,  bununla bağlı dialoq və müzakirə aparmaq zərurəti yaranar: “Bütövlükdə, Azərbaycanda dövlət, siyasi partiyalar və vətəndaşlar arasında ciddi həmrəylik mövcuddur ki, bu da müsbət amildir”.