XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 11:49

Sərkisyan “İsgəndər”in Rusiyaya məxsus olduğunu etiraf etdi:“Azərbaycanla vəziyyəti balanslaşdırmağa çalışdıq”

serkis-22

Ermənistan prezidenti Serj Sarkisyan "İsgəndər" zenit-raket komplekslərinin Ermənistanda peyda olması ilə bağlı yaranmış suallara aydınlıq gətirib.

“RİA Novosti”yə müsahibəsində S.Sarkisyan həmin raket komplekslərinin yerləşdirilməsinin "zəruri addım" olduğunu deyib: "Rusiyanın "İsgəndər" raket komplekslərinin Ermənistan ərazisində yerləşdirilməsi regionda sabitliyin qorunmasına yönəlmiş zəruri addım idi".

S.Sarkisyanın sözlərindən aydın olur ki, bu komplekslər Ermənistana satılmayıb və ya hədiyyə olunmayıb. Sadəcə, Rusiya bu kompleksləri Gümrüdəki hərbi bazasında yerləşdirib. Sarkisyan deyib: "Sirr deyil ki, Azərbaycan son illərdə yeni silahlar əldə edib. Biz Azərbaycanın malik olduğu maliyyə imkanlarına sahib deyilik. Bununla belə, vəziyyəti balanslaşdırmağa çalışırıq. Fikrimcə, “İsgəndər” raket kompleksləri məhz belə bir addımdır".