Bu gün Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Strateq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
T.Yaqublu bu il əfvlə azadlığa buraxılıb.