XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Noyabr 2016 - 12:15

İstanbulda NATO PA-nın sessiyası başlayıb- Azərbaycan nümayəndə heyəti də iştirak edir

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyası işə başlayıb.

Sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətimizə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxildirlər.

Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı panellərdə iştirak edirlər.

Üç gün davam edəcək müzakirələrdə müasir dövrün ən aktual problemlərinə toxunulacaq, qurumun yaz sessiyasında müzakirə olunmuş məsələlərə bir daha diqqət yetiriləcək. O cümlədən terrorçuluğa qarşı mübarizədə Avratlantik imkanların və əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılacaq(azərtac).