Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarlarını elan edəcək.
Strateq.az xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı "Facebook"da açıqlama verib.
O bildirib ki, 22-24 noyabr aralığında Avropa Məhkəməsi Azərbaycana qarşı 7 iş üzrə qərar verəcək:
"Qərarlardan biri Mustafa Hacılının 2 aprel 2011-ci ildə həbs edilərkən pis rəftara məruz qalması ilə bağlı olacaq. O, Konvensiyanin 3 və 13-cü maddələrinin pozulduğunu bildirir.
Digər iş isə 6 ərizəçinin şikayəti ilə bağlıdır. Onların şikayəti 1 iş üzrə birləşdirilib və 1 qərarla elan ediləcək.
Ərizəçilər Dəyanət Babayev, Təzəxan Mirələmli, İlham Huseynov, Bəhruz Həsənov, Tofiq Dadaşov, Ağaverdi Ruşanov, Türkel Əlisoydur.
Onlar 11 mart 2011-ci il, 23 fevral 2014-cü il və 9 mart 2014-cü ildə keçirilən mitinqlərdə istirak etmək istəyiblər. Lakin hamısı mitinqdən bir neçə gün əvvəl tutularaq inzibati qaydada həbs olunmuşdular. Onlar Konvensiyanın 5.1, 6.1, 6.3 və 11-ci maddələrinin pozuntusunu iddia edirlər”.