XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Noyabr 2016 - 13:46

Poroşenko Azərbaycanın konsulunu təltif etdi –Səbəb + FOTO

poroshenko-1

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ukraynanın yüksək dövlət ordeninə layiq görülüb.

Ukrayna prezidenti Pyotr Poroşenkonun sərəncamına əsasən Ukraynada aqrar islahatların inkişafında xidmətləri olan bir qrup şəxs "Dövlətə xidmət” ordeni ilə təltif olunub. Təltif olunanlar arasında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov da var. 

O, Sum vilayətində həyata keçirilən aqrar islahatların və aqrosənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Dövlətə xidmət” ordeninə layiq görülüb.

Qeyd edək ki, 1992-ci ildən Ukraynada yaşayan Əfqan Salmanov Sum vilayətində nümunəvi aqrosənaye kompleksi yaradaraq bölgədə aqrar islahatların həyata keçirilməsinə səmərəli töhfələr verib. O, 5-ci və 6-cı çağırış Sum Vilayət Şurasının deputatı seçilib. Ə. Salmanov 2014-cü ildə prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu təyin olunub.

APA