XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 Mart 2015 - 05:56

AB Rusiyaya qarşı sanksiyalarda israrlıdır

AB liderləri görünməmiş yekdillik nümayiş etdirdilər

AB liderləri Brüsseldə keçirilən ikigünlük sammitin nəticələrinə görə Rusiyaya qarşı genişmiqyaslı saksiyaların müddətinin uzadılması barədə yekdilliklə qərar qəbul ediblər.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, Avropa görünməmiş birlik nümayiş etdirməklə Ukraynadakı böhranla bağlı Minsk razılaşması tam şəkildə yerinə yetirilənədək antirusiya sanksiyalarını qüvvədə saxlayıb.

AB-nin hazırkı sanksiyaları Rusiyaya qarşı hərbi embarqo, Kremlə yüksək texnologiyalı neft-qazma avadanlıqlarının satılmasına qadağa, Rusiyaın ən iri banklarının Avropanın maliyyə bazarlarından borc götürməsinə yasağı ehtiva edir.

Qərb mətbuatı yazır ki, AB liderləri Moskvanın birlikdə parçalanma yaratmaq cəhdlərinin gerçkləşməsinə imkan vermədilər və sanksiyalar, çox güman ki, 2015-ci ilin sonuna qədər qüvvədə qalacaq.