XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2016 - 15:00

Siyavuş Novruzov:“YAP-ın gələcəyi üçün gəncliyin imkanlarından istifadə vacib şərtdir”

siyavus

“Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, MM-in komitə sədri Siyavuş Novruzov hakim partiyanın saytına açıqlamasında deyib.

S.Novruzov bildirib ki, YAP-ın yaradıcısı, mərhum Heydər Əliyevin siyasi kursu bu gün  Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının 24 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq, bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək ".

Bu gün partiyada gənclər siyasətinin də uğurla aparıldığını vurğulayan S.Novruzov bildirib ki, YAP-ın sıralarında gənclərin böyük bir qüvvə kimi çıxış etməsi çox vacib bir göstəricidir: "Sevindirici haldır ki, yüksək intellektli, bilik və bacarıqlı gənclər, qadınlar Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar. Bu gün partiya üzvlərinin 40 faiz, qadınların isə 50 faizdən artıq gənc olması da siyasi təşkilatın gələcək uğurlarının göstəricisi kimi qiymətləndirilməlidir".