XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

21 Noyabr 2016 - 16:06

Putin:“Tərəfdaşlarımızın bizdən gözlədiyini etməyə hazırıq”

putin

Rusiya neft hasilatını hazırkı səviyyədə “dondurmağa” hazırdır.

“RİA”-nın  xəbərinə görə, bu sözləri Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Sammitində Rusiya Prezidenti Vladimir Putin deyib: “Əgər belə olarsa, bizim energetika sektoru heç bir zərər görməyəcək. Energetika nazirimiz ölkənin iri neft şirkətləri ilə daimi təmasdadır və onlar bu işə hazır olduqlarını vurğulayıblar”.

“OPEC hasilatın “dondurulmasına” nail ola bilər. Lakin buna 100 faiz əminliyimi bildirə bilmərəm. OPEC daxilindəki ziddiyyətlər nisbətən aradan qaldırılıb. Biz də öz tərəfimizdən tərəfdaşlarımızın bizdən gözlədiyini etməyə hazırıq. Neft hasilatını “dondurmaq” bizim üçün problem təşkil etmir”,- deyə Rusiya Prezidenti noyabrın 30-da Vyanada keçiriləcək OPEC sammitini şərh edərkən bildirib.