XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 11:52

“Rusiya həmsədrlikdən çıxarılsın!” –KXCP-dən yeni tələblər

mirmahmud

Mirmahmud Mirəlioğlunun lideri olduğu Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, yğıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilib.

İdarə Heyətinin yığıncağında Rusiyanın Ermənistan ordusu ilə hərbi birləşmələr yaradılması haqda qərarın qüvvəyə minməsi müzakirə olunub.

KXCP – Qarabağ probleminin həllində Rusiyanın iştirakından Azərbaycan xeyrinə və ədalətli mövqe gözləmədiyini qeyd edərək, indiyə qədər Rusiyanın Azərbaycana açıq düşmən münasibət bəslədiyinə əsaslanaraq, Rusiyanın ATƏTin Minsk qrupunun həmsədrliyindən çıxarılmasını tələb edir.

Partiya daha sonra yığıncaqda qəbiul etdiyi qərarları tələb şəkilində belə sıralayıb:

"KXCP – Azərbaycan hakimiyyətindən Rusiya və ermənistan arasında bağlanan hərbi birləşmələr haqqında olan müqaviləyə sərt münasibət bildirməyi tələb edir.

KXCP – Azərbaycan Milli Məclisinin deputatlarından milli mövqedə durmağı, rus meyilli və rusbaşlı olmamağı tələb edir.

KXCP – Milli Məclisin deputatlarını Azərbaycan Respublikasının suverenliyinin əleyhinə olduqlarını onların və rəhbərlərinin nəzərinə çatdırır, özlərinə və sözlərinə sahib durmağı tələb edir.

KXCP – İdarə Heyəti İraq və Suriya türkmənlərinə qarşı aparılan soyqırım siyasətinə etiraz edir, insanlığa qarşı aparılan qətliamın durdurulmasını tələb edir".