XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 17:24

“İran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə,…” –Politoloqdan Ruhaninin İrəvan səfərinə şərh

elxan

"İran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə göz gəzdirməlidir".

Strateq.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İrəvan bu səfərin uğurlu keçməsi və müxtəlif sazişlər imzalanması üçün əlindən gələn hər şeyi edəcək:

“Həsən Ruhani iki dəfə Azərbaycana rəsmi səfər edib, Ermənistanda isə hələ bir dəfə də olmayıb. Tehranda anlayırlar ki, Ruhaninin Ermənistana səfəri Azərbaycanda haqlı narazılıq doğuracaq. Tehran Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, Ermənistan siyasətinə göz gəzdirməlidir”.

Politoloq Ermənistanla sıx münasibətlər fonunda İranın İsraillə olan əməkdaşlığımızı arqument olaraq irəli sürməsini Tehranın bəhanəsi adlandırıb:

“Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etsə, İran da Ermənistanla əməkdaşlıqdan imtina edəcəkmi?

Bu suala konkret cavab vermirlər, İranın bütün qonşularla, o cümlədən Ermənistanla normal münasibətlərə malik olmaq istədiyini bildirirlər. Demək, İsrail bəhanədir. Ancaq iranlı diplomatlar hər dəfə deyirlər ki, Azərbaycanın yeri onlar üçün başqadır, Terhan Azərbaycan və Ermənistanla müqayisədə Bakıya üstünlük verir.

Buna inanmağımız üçün İran prezidenti Azərbaycanın ərazi bütövlüyü haqqında Bakıda söylədiyi fikirləri İrəvanda təkrarlamalıdır”.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bu həftə Ermənistana səfər edəcək. Ruhani Ermənistandan sonra Qazaxıstan və Qırğızıstana yollanacaq.