XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 17:37

Donald Tramp öz prezidentliyinin gələcək ilk yüz günündən danışdı:“Hər şeydən əvvəl Amerika”

t

USA Today (ABŞ), 22.11.2016

 

Bu gün Amerika xalqına Ağ Evdə hakimiyyətin necə təhvil verildiyi və ilk yüz gündə planlarımıızn necə olduğundan danışmaq istəyirəm.

Bizim  keçid komandamız rəvan, savadlı və effektli işləyir. Görkəmli və istedadlı qadın və kişiləri, əsil vətənpərvərləri işə cəlb etmişik. Onların əksəriyyəti tezliklə hökumətin tərkibinə daxil olacaq və Amerikanın əzəmətini qaytarmaqda bizə yardım edəcək.

Mənim fəaliyyət proqramım sadə bir prinsip əsaslanır: hər şeydən əvvəl Amerika.

Söhbət nədən gedir-getsin – polad əritmək, avtomobil istehsalı, xəsətliklərin müalicəsi – istəyirəm ki,  istehsal və innovasiyanın yeni mərhələyə keçidi burada, böyük Vətənimizdə, Amerikada baş versin və amerikalılar üçün firavanlıq və iş yerləri yaratsın.

Mən bu proqram çərçivəsində keçid komandama tapşırmışam ki, prezident idarəçiliyimin ilk günündəcə ala biləcəyimiz tədbirlərin siyahısını hazırlasın ki, qanunlarımızı bərpa edək və iş yerlərini qaytaraq. Bunu etməyin vaxtı çoxdan çatıb. Söhbət xüsusən də sıradakı addımlardan gedir:

Ticarət sahəsində ölkəmiz üçün potensialca fəlakətli Transsakitokean tərəfdaşlığından imtina etmək niyyətimi bildirməyə hazırlaşıram. Onun əvəzində Amerikaya iş yerləri və istehsalatı qaytaran düzgün, ikitərəfli ticarət sazişləri bağlayacağıq.

Energetika sahəsində iş yerlərini məhv edən Amerika enerjisinə, o cümlədən şistli energetika və ekoloji təmiz kömürə məhdudiyyətləri ləğv edəcəyəm. Bu, yüksəkmaaşlı milyonlarla iş yeri yaratmaq imkanı verəcək. Biz bunu istəyirik, bunu çoxdan gözləyirdik!

Nizamlama sahəsində qayda müəyyən edəcəyəm – buna əsasən nizamlayıcı yeni norma tətbiq ediləndə əvvəlki ikisi ləğv ediləcək. Bu olduqca mühümdür.

Milli təhlükəsizlik sahəsində Müdafiə nazirliyi və Qərargah rəislərini birləşmiş komitəsinin sədrinə Amerikanın açar infrastrukturlarının kiberhücumlardan və başqa həmlələrdən müdafiəsi planını işləyib hazırlasınlar.

Mühacirət sahəsində Əmək Nazirliyinə tapşıracağam ki, Amerika işçilərinin mövqelərini sarsıdan viza proqramları ilə bağlı bütün sui-istidfadələri araşdırsın.

Etik islahatlar sahəsində  – “bataqlığın qurudulması” üzrə proqramınmız çərçivəsində – administrasiyanı tərk etmiş məmurlar üçün lobbiçilik fəaliyyətinə beşillik qadağa, həmçinin xarici hökumətlərin maraqlarına lobbilik etməkdə məmurlar üçün ömürlük yasaqlar tətbiq edəcəyik.

Bax, Vaşinqtonu islah etmək və orta təbəqəmizi bərpa etməkdən ötrü qəbul edəcəyimiz tədbirlərdən bəziləri bunlardır.

Hamı üçün Amerika əzəmətinin bərpası üzrə birgə işimizin necə getdiyi barədə sonralar məlumat verməyi davam etdirəcəyəm və deməli, bu, hər kəs üçündür!

 

Tərcümə Strateq.az-ındır.