XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2016 - 13:54

ABŞ Dövlət Departamenti İlqar Məmmədovu azad etməyə çağırdı –Bəyanat

 departament

Amerika Birləşmiş Ştatları Avropa Şurası, Avropa İttifaqı və digərləri kimi noyabrın 18-də Azərbaycan Ali Məhkəməsinin REAL Hərəkatının sədri İlqar Məmmədovun apellyasiyasına verdiyi imtina qərarına dair narahatlıq bildirir.

Bu barədə ABŞ Dövlət Departamentinin REAL Hərəkatının sədri İlqar Məmmədovun verdiyi apellyasiyasına dair Ali Məhkəmənin qərarı ilə bağlı bəyanatında deyilir. (Turan)

“Biz Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı irəli sürülən bitün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü ildə verdiyi qərara riayət etməyə və cənab Məmmədov da daxil olmaqla, əsas azadlıqlardan yararlanmalarına görə həbsdə olan şəxsləri azad etməyə çağırırıq”, – sənəddə qeyd edilir.