XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 10:34

Ramiz Rövşən Rüstəm İbrahimbəyovun təşkilatından danışdı:“Ziyalılar Forumunun siyasiləşməsi onun axırına çıxdı”

ramiz-rovsen

Ziyalılar Forumunun fəaliyyətinin niyə dayanması hamının gözü qabağında oldu. Ziyalılar Forumu gərək siyasiləşməyəydi. Yəni Ziyalılar Forumunu dayandıran, onun axırına çıxan Forumun siyasiləşməsiydi.

Strateq.az bildirir ki, bu sözləri xalq şairi Ramiz Rövşən Azadlıq radiosuna müsahibəsində Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi bu qurumun siyasi səhnədən çıxmasının səbəblərini şərh edərkən deyib.

R. Rövşənin sözlərinə görə, onlar ilk gündən siyasi iddialarının olmadğını bildiriblər: “Hətta deyilmişdi ki, Ziyalılar Forumu ictimai rəyə nələrisə çatdırmaq üçündür. Amma mən demişdim ki, ictimai rəy elə Ziyalılar Forumunun özüdür. Onun siyasiləşməsi, təəssüf ki, axırına çıxdı. Ən düzgün, ən yerində olan birlik bəlkə də ziyalıların birliyi idi. Orda bir ağsaqqal sözü, ziyalı sözü, obyektiv fikir çatdırılırdı. Bu, böyük şərtdir. Mən onun siyasiləşməsinə etiraz edənlərdən idim.

R. Rövşən qeyd edib ki, Ziyalılar Forumunda onun qədər vaxtilə məni qədər siyasiləşmiş adam az olub: “Mən artıq o fikirdəydim ki, daha yüksək səviyyədən, məsələn, səngərlərdən yox, daha yuxarı nöqtədən dayanıb danışmaq lazımdır. Cəmiyyət də bizim sözümüzə inanırdı və inanacaqdı da. Əfsuslar ki… Bu da zamanla bağlı oldu. Çox siyasiləşdi. Rafiq Əliyevlə mənim mövqeyimiz beləydi ki, bu Forum siyasiləşməsin. Ən azı, ikimizin mövqeyi beləydi”.