XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 11:38

AXCP sədrinin müavinini təhdid edən şəxsə 12 sutka həbs verilib

gozel-bayram

AXCP sədrinin müavini Gözəl Bayramlı Suraxanı Rayon Polis İdarəsindən məktub alıb.

Məktub onun ölümlə hədələnməsi ilə bağlı «102» xidmətinə müraciətinə verilən cavabdır. Suraxanı Rayon Polis İdarəsinin cavabında qeyd edilib ki, onun müraciəti ilə bağlı cinayət işinin açılmasına ehtiyac görülməyib.

“Məni Suraxanı Rayon Polis İdarəsinin cavabı qane etmir və şikayətimi davam etdirəcəyəm”,- deyə G.Bayramlı ölümlə təhdid edilməsinə görə polisdə aparılan təhqiqatın nəticəsini Azadlıq Radiosuna dəyərləndirib:  “Mənə məktub göndəriblər ki, həmin şəxsə 12 sutka inzibati cəza verilib. Mənim məqsədim isə mənə olan təhdidlərin sifarişçilərini aşkar etmək idi. Polis isə hər hansı araşdırma aparmayıb. 12 sutka inzibati cəza verilən şəxs isə deyir ki, bu telefonu ona zəng etməyə veriblər, telefon ona aid deyil. Yəni, polis hər hansı araşdırma aparmayıb, günahkarı üzə çıxarmayıb”.