XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 13:36

Rumıniya səfiri jurnalistlərlə görüşdü:“Avropa İttifaqı ilə Azərbaycanın danışıqlara başlayacağına ümid edirik”

rumin-sefir

 “Rumıniya Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin inkişafını güclü şəkildə dəstəkləyir və hər iki tərəf arasında hərtərəfli, iddialı razılaşmalar üzrə danışıqlara başlayacağına ümid edir”.

Bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ölkənin aparıcı KİV-nin bir qrup nümayəndəsi ilə görüşündə açıqlayıb.

D.İanku bildirib ki, Rumıniya səfirliyi hal-hazırda 2009-cu ildən başlayaraq NATO Əlaqələndirici Səfirliyi mandatlığının 4-cü müvəffəqiyyətli dövrünü sürdürür. Bu istiqamətdə səfirlik NATO-Azərbaycan tərəfdaşlığını güclü şəkildə təbliğ edib və bu qurumla Azərbaycan arasında siyasi dialoq və əməkdaşlığın qiymətləndirilməsi, NATO çərçivəsində Azərbaycan haqqında məlumatlılığın təkmilləşdirilməsi, Şimali Atlantika Alyansının cari siyasəti, NATO dəyərləri və standartları haqqında fikirləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istiqamətində töhfələr verib. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu xatırladan səfir qeyd etdi ki,  2009-cu ildə “Rumıniya ilə Azərbaycan arasında Strateji Tərəfdaşlığın əsasının qoyulması haqqqında Deklarasiya” iki ölkənin prezidentləri tərəfindən Buxarestdə imzalanmış, bu Azərbaycanın Avropa İttifaqına üz ölkələri bağladığı ilk Strateji Tərəfdaşlıqdır: “Rumıniya və Azərbaycan 2009-cu ildən ikitərəfli Strateji Tərəfdaşlıq çərçivəsində inkişaf edən çox sıx və ənənəvi dostluq münasibətlərinə malikdir.  Bu illər ərzində Rumıniya prezidentinin Bakıya səkkiz səfəri, prezident İlham Əliyevin Buxarestə beş səfəri olub. İki ölkə parlamentlər, Xarici İşlər Nazirlikləri səviyyəsində, eləcə də, digər hökumət orqanları arasında geniş dialoqu və əməkdaşlığı inkişaf etdirir”.  Səfir qeyd etdi ki, ötən üç il ərzində ikitərəfli ticarət dövriyyəsində möhkəm artım olub.  2015-ci il üçün  ikitəfəli ticarət 161,3 milyon ABŞ dollarında dayanmış, 2014-cü il ilə müqayisədə 13 faiz çox olmaqla, Azərbaycanın xeyrinə olub. SOCAR Rumıniyada filialını açmış və hal-hazırda bazardakı fəaliyyətini genişləndirməkdədir.

Səfir deid ki, sabit, təhlükəsiz və firavan qonşuluğun təmin edilməsi Rumıniya üçün əsas prioritetdir: “ Bu məqsədlə, Rumıniya Avropa Birliyinin Şərq Qonşuluğuna yüksək diqqət ayırmasında fəal iştirak edir və Şərq Tərəfdaşlığı və Qara Dəniz Sinerjisini region üçün səmərəli AB aləti kimi dəstəkləyir. Dağlıq Qarabağ da daxil olmaqla, Şərq Qonşuluğunda uzun müddətdir sürən münaqişələr Rumıniya diplomatiyası üçün Avropa Birliyində hələ də narahatlıq doğuran və diqqət mərkəzində olan məsələ olaraq qalır”. Onun sözlərinə görə, Rumıniya enerji mənbələrinin və nəqliyyat marşrutlarının diversifikasiyası yolu ilə enerji təhlükəsizliyinin təmin olunmasına və enerji infrastrukturunun inkişafına böyük önəm verir. Bu, Enerji Birliyi üçün yeni AB Strategiyasının inkişafında fəal rol oynamağa davam edir. Rumıniyanın iqtisadiyyatına gəlincə, D.İanku  dedi ki, 2016-cı ilin birinci yarısında ölkəsi  Aİ-da ÜDM (Ümumi Daxili Məhsul) orta dəyərindən yüksək və bir çox BMİ-nın (Beynəlxalq Maliyyə İnstitları) proqnozlarından kənar olan 5,2 faiz dərəcəsində ÜDM artımına nail olub.  Avropa Komissiyasının hesablamalarına görə, Rumıniyanın iqtisadiyyatı rübün ortasında stabil olaraq qalacaq,   ÜDM tərəfindən bütün 2016-cı il üçün 4,1 fazi artım və 2017-ci il üçün 4,8 fazi artım proqnozlaşdırılıb.  Hazırda Rumıniya ixracatının əsas komponentləri  maşın sənayesi və komponentləri (elektro-texniki məhsullar daxil olmaqla), kimyəvi sənaye məhsulları, metal məhsulları, tekstil və dəri sənayesi məhsulları, kənd təsərrüfatı məhsulları, mineral məhsullar, ağac və sellüloza sənayesidir (Rumıniya mebeli daxil olmaqla). Rumıniya idxalı əsasən avtomobil hissələri və aksessuarları, elektrik avadanlıqları, avtomobillər,gübrələr və tibbi məhsullardan ibarətdir.

Laçın SƏMLA

Strateq.az