XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 13:55

Nazarbayev özündən sonra uşaqlarının varis olmayacağını açıqladı:“Bu məsələ bizim üçün deyil”

Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bloombergə verdiyi müsahibəsində siyasi varisi və növbəti seçkilərdə iştirakından danışıb.

Bu barədə “Sputnik Kazakhstan” məlumat yayıb. “Uşaqlarımın varisliyini nəzərdə tutmuram, düşünürəm ki, bu məsələ bizim üçün deyil. Bizim hakimiyyətə keçidimiz Konstitusiyada yazılıb”, – Nazarbayev sələflik barədə suala cavab verərkən bildirib. (moderator.az)

Növbəti seçkilərdə iştirak edəcəyinə dair suala cavab verərkən o, bunun səhhətinin vəziyyətindən və ictimai dəstəkdən asılı olduğunu bildirib:  “2020-ci ilə qədər işləyəcəyəm, 2020-ci ildə görüşərik”, – prezident deyib.

Qazaxıstan dövlət başçısı ölkənin iqtisadi çətinliklərindən danışarkən, qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sənayenin və investisiya infrastrukturunun artırılmasına dair planları metalların qiymətinə dəstək olacaq, bu isə Qazaxıstan iqtisadiyyatına müsbət təsir göstərəcək.