XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2016 - 16:55

Sergey Lavrov Türkiyəyə gedir –Dağlıq Qarabağ məsələsini müzakirə edəcək

lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyəyə səfər edəcək.

 Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. (APA)

 O, Rusiya XİN başçısının Alaniya şəhərində keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşma qrupunun V iclasında iştirak edəcəyini söyləyib: "Lavrovun səfəri zamanı aktual beynəlxalq problemlər, o cümədən Suriya münaqişəsi və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq".

 M. Zaxarova Rusiya-Türkiyə birgə strateji planlaşma qrupunun iclasının ötən ilin noyabrın 24-də Suriya səmasında Rusiya hərbi təyyarəsinin vurulmasından sonra ilk dəfə keçirildiyini vurğulayıb.