XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 18:38

Köçəryan:“Artıq Dağlıq Qarabağ üzrə danışıqlarda irəliləyiş gözləmək mümkün deyil”

kocaryan-savars

“Azərbaycanın mövqeyi elə bir mərhələyə gətirib çıxarıb ki, artıq Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyiş gözləmək mümkün deyil”.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, bunu Ermənistanın Xarici işlər nazirinin müavini Şavarş Köçəryan bu gün keçirdiyi mətbuat konfransıda deyib.

Bu günə qədər danışıqlar prosesində irəliləyiş yoxdur. Üstəlik, bu mərhələdə, Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmalar gerçəkləşməmiş irəliləyiş gözləmək də mümkün deyil. Ona görə də, müharibənin yenidən qızışması təhlükəsi qaldıqca, tərəflər arasında etimad olmadıqca, döyüş xəttində atışma və təxribat davam etdikcə, danışıqlar prosesinin özündə irəliləyiş gözləmək mümkün deyil. Vasitəçilərin, həmsədrlərin ikinci missiyası hərbi əməliyyatların bərpasına imkan verməməkdir. Təəssüf ki, bu missiya artıq birinci yerə keçir”, – deyə o, mətbuat konfransında bildirib.

“DAĞLIQ QARABAĞA DƏXLİ YOXDUR

Xarici işlər nazirinin müavini həmçinin bildirib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin gələn ay Hamburqda görüşü məsələsi hələ dəqiqləşdirilməyib.

Ermənistan prezidenti Serj Sərksiyan bir neçə gün öncə bir rus telekanalına müsahibəsində bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Köçəryanın sözlərinə görə, bu bəyanatın Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur. “Azərbaycanın ərazi bütövlüyünün Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur. Məna bundan ibarətdir”, – o vurğulayıb.

 Köçəryanın sözlərinə görə, Minsk qrupu həmsədrlərinin rolunu şişirtməyə dəyməz. Onlar sələflərinin işini davam etdirirlər. Donald Trump-ın ABŞ prezidenti seçilməsi isə müəyyən dəyişikliklərə yol aça bilər. “Aydındır ki, …Amerikada…, yeni prezident gələndə, oturuşmuş institutlar, ekspert qrupları, siyasət var. Bu nöqteyi-nəzərdən burada çox kəskin addımlar ehtimalı çox deyil. Ancaq təbii ki, prezidentin səlahiyyətləri ATƏT-in Minsk Qrupundakı təmsilçisindən fərqlidir və burada bu və ya digər istiqamətdə müəyyən dəyişikliklər mümkündür”, – Ermənistan XİN-nin rəsmisi bildirib.