XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 18:50

Binəli Yıldırım Avropa Parlamentinin qərarından qəzəbləndi:“Bizə demokratiya dərsi vermək istəyənlərin...”

bineli-yildirim

“Avropa Parlamentinin (AP) verdiyi qərarın bizim üçün heç bir anlamı yoxdur”.

Bu sözləri baş nazir Binəli Yıldırım AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən deyib.

B.Yıldırım bildirib ki, Aİ ilə Türkiyənin münasibətləri onsuz da normal deyildi: "Aİ bunu aydınlaşdırmalıdır ki, Avropa gələcəyə Türkiyə ilə bərabər gedir, yoxsa Türkiyəsiz. Bizə demokratiya dərsi vermək istəyənlərin gerçək üzünü bütün dünya ibrətlə izləyir".

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.