XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 17:25

Milli Məclisin nümayəndə heyətiTürkiyəyə gedir

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov noyabrın 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, səfər zamanı nümayəndə heyəti Qüds Uğrunda Parlamentarlar Liqasının birinci illik konfransında iştirak edəcək. Toplantıda fələstinlilərin hüquqlarının dəstəklənməsində beynəlxalq təşkilatların rolu, Fələstin Qanunvericilik Şurasının üzləşdiyi çağırışlar, Qüdsdə vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.

Tədbirdə Fələstin barədə, habelə iyulun 15-də Türkiyədə baş vermiş hadisələrə həsr olunmuş filmlər nümayiş etdiriləcək.