Suriya XİN başçısının birinci müavini Feysəl Miqdad şənbə günü bildirib ki, bu gün Yaxın Şərq bölgəsindəki gərginliyə görə Ankara tam məsuliyyət daşıyır.
Strateq.az xarici nəşrə istinadən bildirir ki, o, Livanın “Əl Məyadin” telekanalına deyib: “Həm bölgədəki, həm də İraq və Suriya ilə münasibətlərdəki cari gərginliyə görə tam məsuliyyəti Ankara daşıyır”.
Suriyalı diplomat həmçinin tələb edib ki, Türkiyə höküməti “öz qoşunlarını Suriya ərazisindən təcili çıxartsın”.