”Mən və baş nazir sizə xidmət edirik” – Prezident
“Mən və baş nazir İrakli Qaribaşvili sizə xidmət edirik”.
Bunu Borçalı sakinlərinin Novruz bayramını təbrik eləmək üçün baş nazirlə birgə bölgəyə etdiyi səfəri zamanı Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.
Gürcü prezident nəinki bu gün, bütün ilboyu marneulilərin yanında olub, onlara dəstək verəcəyini söyləyib.
“Qeyd eləmək istəyirəm ki, mən və baş nazir sizə xidmət edirik ki, birgə səylərlə daha güclü, rifah və səadət içində olan Gürcüstan quraq. Siz olduqca çox şey edirsiniz, çox zəhmət çəkirsiniz, çox istedadlı və zəhmətsevərsiniz. Biləsiniz ki, bunu hamı görür və çalışır ki, siz daha yaxşı yaşayasınız. Novruz bayramınız mübarək” – deyə Marqvelaşvili qeyd edib.
musavat.com