XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 14:22

Deputatdan DTX-ya çağırış:“Xocalı soyqırmını törədən bir cinayətkarı Ermənistanda ələ keçirin”

fazil-esas

“Azərbaycanın xüsusi xidmət, kəşfiyyat və əks-kəşfiyyat orqanları Xocalı soyqırımını törədənlərdən heç olmasa birini hətta Ermənistanın özündə olsa belə, ələ keçirib Bakıya gətirməlidirlər".

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat bildirib ki, Rusiyada yaşayan və oranın vətəndaşı olan Xocalı qatillərini ələ keçirib Bakıya gətirə bilmərik.

“Çünki Azərbaycan Rusiya ilə baş-başa gələ bilməz. Amma məhz Ermənistanın özündə olan Xocalı qatillərini ələ keçirmək üçün xüsusi xidmət orqanlarındakı kəşfiyyatçılarımız, xüsusi kadrlarımız İrəvanda olsa belə, qatil erməniləri ələ keçirib Bakıya gətirməlidir. Əgər biz 1 nəfər Xocalı qatilini tutub, Bakıda mühakimə etsək, bu, əsl əməli iş olar”.

F.Mustafa deyib ki, Azərbaycan özünün hərbi və mülki xüsusi xidmət sahəsində yeni MOSSAD sistemini qurmalıdır:  “Biz MOSSAD yaratmağı düşünməliyik. Düşmənlə elə bir vəziyyətdəyik ki, biz MOSSAD kimi sistem yaratmağı düşünməliyik. Nəhayət praktiki işlərə keçməliyik”.