XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 14:31

Eldar Namazov:“Tofiq Zülfüqarovla heç bir əlaqəm yoxdur”

 

eldar-namazov-5

Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqarov… Azərbaycan cəmiyyəti bu 3 şəxsi 1999-cu ildə tutduqları mühüm dövlət postlarından eyni vaxtda istefa vermələri ilə yadda saxlayır. Vəfa Quluzadə rəhmətə gedəndən sonra Eldar Namazovla Tofiq Zülfüqarov görüşürmü?

Modern.az saytı Tofiq Zülfüqarovla Eldar Namazovun bugünkü əlaqələrinin hansı formada olmasına aydınlıq gətirib.

Prezidentin sabiq köməkçisi, politoloq Eldar Namazov açıqlamasında heç bir əlaqənin olmadığını söyləyib:

“Tofiq Zülfüqarovla heç bir əlaqəm yoxdur. Nə görüşürük, nə də telefon əlaqələrimiz olur. Mən ölkənin daxilində ictimai-siyasi fəaliyyətlə məşğulam”.

Vaxtilə iqtidar komandasının üzvlərindən olmuş Eldar Namazov Tofiq Zülfüqarovla istefadan sonrakı əlaqələrə də toxunub: “Bizə həvalə olunan sahələr də çox yaxın idi. Mən prezidentin köməkçisi kimi, Vəfa müəllim dövlət müşaviri kimi, Tofiq müəllim isə xarici işlər naziri kimi həm xarici siyasətlə, həm də Qarabağ məsələsi ilə də məşğul olurduq. Ona görə də biz işimizlə əlaqədar tez-tez görüşürdük. İnsani münasibətlərimiz də çox yaxşı idi. İstefalarımız da eyni vaxtda baş verdi. Tofiq müəllim, 1999-cu ildən sonra xaricdəki diplomatik korpusda çalışırdı. Xarici ölkələrdə fəaliyyət göstərirdi. Ona görə də Tofiq müəllimlə yalnız vaxtaşırı xeyir-şər məsələləri zamanı telefon əlaqələrimiz olurdu. Hansısa başqa görüş və müzakirələrimiz olmayıb”.

Eldar Namazov Vəfa Quluzadənin vəfatından əvvəl baş tutmayan görüşdən də söz açıb.

“Allah Vəfa Quluzadəyə rəhmət eləsin. İstefa verəndən sonra onunla çox sıx təmaslarımız var idi. Dünyasını dəyişməzdən bir həftə əvvəl, Vəfa müəllimlə telefon vasitəsilə əlaqə saxlamışdıq. Bir-iki gün qabaq isə zəng edib şəhərə çıxmağımızı istədi. Sonra mən zəng edib havanın bərk soyuq və yağışlı olduğunu, növbəti gündə görüşməyimizi söylədim. Təəssüflər olsun ki, bir neçə gündən sonra Vəfa müəllim dünyasını dəyişdi”.