XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 18:52

ADP Rusiyanın hərəkətini pislədi, manat və qiymət artımı ilə bağlı hökumətə səsləndi –Toplantı

adp

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Toplantı iştirakçıları ilk növbədə Avropa İttifaqının qardaş Türkiyəni qoyulan tələbləri yerinə yetirmədiyi halda adı çəkilən quruma daxil olmaqla bağlı danışıqları dayandıracağı barədə təhdid dolu bəyanatlarına münasibət bildirib və bəyanatların əsassız, qərəzli olduğunu qeyd edib.

İdarə Heyəti ikili standartlara, xristian təssübkeşliyini köklənən bu qərarı qətiyyətlə pisləyib və strateji müttəfiqimiz olan Türkiyəyə qarşı bu cür qərarın qəbul edilməsini Azərbaycan Aİ-ı arasında münasibətləri şübhə altına salacağını diqqətə çatdırıb.

İdarə Heyəti ABŞ-da keçirilən seçkilərin bir neçə ştatda düzgün aparılmaması səbəbi ilə səslərin təkrar sayılması ilə bağlı məsələnin gündəmə gəlməsinə münasibət bildirib və təkrar səsvermə keçirilməsindən asılı olmayaraq amerika xalqının seçiminə hörmətlə yanaşdığını ifadə edib.

İdarə Heyəti Rusiyanın Ermənistan ərazisində “İskəndər” tipli raketlərin yerləşdirilməsi faktını qətiyyətlə pisləyib və bu addımla işğalçı bir ölkəni dəstəkləmək, güc balansını onun xeyrinə dəyişmək kimi dəyərləndirib, bu cür hərəkətlərin ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü barış missiyasına zidd olduğunu bildirib və Azərbaycan hakimiyyətini bu hərbi birləşməyə qarşı alternativ adddımlar atmağa çağırıb.

İdarə Heyəti ölkədə sosial-iqtisadi böhranın getdikcə gərginləşməsi faktından bir daha narahat olduğunu bildirib və hakimiyyəti qiymətlərin artımı, işsizliyin sürətlənməsi, manatın məzənnədən düşməsi ilə müşayət olunan sosial böhranın aradan qaldırılması üçün təcili addımlar atmağa, cərimələrin, rüsumların minimuma endirilməsi, aztəminatlı ailələrə dövlət qayğısının artırılması, kəskin bahalaşmaya uyğun olaraq indeksasiya siyasəti tətbiq etməyə çağırıb.

İdarə Heyəti İran İslam Respublikasında baş verən qəza nəticəsində çox sayda insanın həlak olmasından narahat olduğunu bildirib və adı çəkilən ölkənin Azərbaycandakı səfirliyinə dərin hüznlə başsağlığı ünvanlayıb.