XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 Mart 2015 - 14:51

Vurğun Əyyub Qubad İbadoğlunun 1-ci müavini təyin olunub

44Teq2E4Pxir

Fevralın 28-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin (İH) 2-ci iclası keçirilib.

Hərəkatdan APA-ya verilən verdiyi məlumata görə, iclasda İcra Aparatının və mətbuat xidmətinin yaradılması, eləcə də Ali Məclisin komissiyaları barədə də fikir mübadiləsi aparılıb.

Təşkilati məsələ çərçivəsində Qubad İbadoğlu Nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək ADR Hərəkatın sədri kimi imzaladığı ilk sərəncamla İH üzvü Vurğun Əyyubu ADR Hərəkatı sədrinin 1-ci müavini təyin etdiyini açıqlayıb. İH üzvləri bu sərəncamı dəstəkləyiblər.

Eyni zamanda Nizamnaməyə müvafiq olaraq razılaşdırılıb ki, Q. İbadoğlunun martın 2-dən ABŞ-a başlayan səfəri müddətində onun səlahiyyətlərini sədrin 1-ci müavini V. Əyyub həyata keçirəcək.