XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2016 - 12:50

Ərdoğanın “Əsədi devirəcəyik” bəyanatı Moskvanı narahat edib –Lavrov Türkiyəyə gedir

Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfəri zamanı prezident Ərdoğanın son bəyanatını onunla müzakirə edəcək.

Strateq.az bildirir ki, bu barədə xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Qeyd edək ki, İstanbulda konfransda çıxış edən prezident Ərdoğan bəyan edib ki, Suriyaya daxil olan türk ordusunun əsas məqsədi Bəşər Əsəd rejimini devirməkdir.

Ərdoğanın bu bəyanatı onu göstərir ki, Rusiya ilə Türkiyə arasında Suriyanın gələcəyi ilə bağlı yekdil mövqe yoxdur.