XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 13:14

Erməni parlamentinin fraksiya rəhbəri:“Qarabağ danışıqlarında mövqeyimiz zəifləyib, şərti Bakı diqtə edir”

zurabyan

“Qarabağla bağlı danışıqlarda erməni tərəfinin mövqeyi 90-cı illərdə olduğundan zəifdir”.

Strateq.az bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentdəki Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan bildirib. Qeyd edək ki, dünən parlamentin spikeri Qalust Saakyan sabiq prezident Levon Ter-Petrosyanı tənqid edərək deyib ki, dövlət başısı o zaman torpaqları Azərbaycana vermək istəyirdi.

Zurabyan bunu təkzib edib və hazırkı Sərkisyan rejimini problemi dalana salmaqda ittiham edib: “90-cı illərdə Bakı problemin sülh yolu ilə həllinə hazır idi və buna razılıq vermişdi. O zaman Bakının mövqeyi indikindən zəif idi. Hazırda isə Azərbaycan öz şərtlərini diqtə edir və hətta məsələnin erməni tərəfinin xeyrinə dəyişdirilməsinə imkan vermir. Bugünkü reallıq bax budur. Əgər kimsə torpaq verirsə, onlar kifayət qədər səlahiyyəti olmayan danışıq aparanlardır. Danışıqlar zamanı hazırkı hakimiyyət barışmaz mövqedən çıxış edir, amma işə gələndə prosesi dalana aparan prosesi həyata keçirirlər”.