XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

22 Mart 2015 - 11:32

Prezident İlham Əliyevdən təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident!

Milli bayramınız – Pakistan günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Pakistan münasibətləri xalqlarımızın iradəsindən qaynaqlanır. İnanıram ki, zamanın sınaqlarından çıxmış, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin daim qorunub saxlanması, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizin Azərbaycana səfərinizi, keçirdiyimiz görüşləri, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Əminəm ki, səfəriniz münasibətlərimizin yeni mərhələyə yüksəlməsinə güclü təkan verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və rifah arzulayıram”.