XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 02:16

Abdullah Gülün yeni partiya yaradacağı xəbəri yayıldı –Əhməd Davudoğlu, Əli Babacan və Əli Şahinlə birgə

abdullah-gul

Türkiyənin keçmiş prezidenti Abdullah Gül hakim Ədalət və İnkişaf Partiyasının tərkibindən çıxmaq və məşhur siyasi şəxslərlə birlikdə yeni partiyanı yaratmaq niyyətindədir.

Bu barədə "Akit TV" türk telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Türkiyənin 11-ci prezidenti, yeni partiyanın yaradılması məqsədi ilə bir sıra siyasətçilərlə görüşüb. Qeyd edilir ki, Abdulla Gül xarici siyasətçilərlə də ünsiyyətdədir.

Mənbənin telekanala verdiyi məlumatda həmçinin bildirilir ki, Abdullah Gül yeni partiyanı keçmiş baş nazir Əhməd Davudoğlu, sabiq xarici işlər naziri Əli Babacan, parlamentin keçmiş spikeri Əli Şahin, habelə Ədalət və İnkişaf Partiyasının rəhbər orqanlarında çalışmış digər şəxslərlə birlikdə yaratmaq istəyir.

(Report)