XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 13:14

Komitə sədrindən Samir Şərifova etiraz:Deputat mədəniyyətə ayrılan puldan narazlıq etdi

rafael-huseyn

“İqtisadiyyatın dağılmış sahəsini qısa zamanda bərpa etmək olar. Ancaq təhsil və mədəniyyətin dağılmasını bərpa etmək üçün uzun illər tələb olunur”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov deyib. (APA)

 Komitə sədri qeyd edib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da  büdcə formalaşdırılarkən mədəniyyət sahəsinə ənənəvi yanaşma mövcuddur: “Müdafiə sahəsi ölkə üçün nə qədər əhəmiyyətlidirsə və ona hansı diqqət göstərilirsə, mədəniyyətə  də  o qədər diqqət ayrılmalıdır. Mədəniyyət də o qədər ölkə üçün əhəmiyyətlidir. Yəni, mədəniyyət ölkənin, xalqın simasıdır. Buna görə də, büdcə formalaşdırılarkən mədəniyyətə ənənəvi yanaşmadan əl çəkməli, bu sahəni önə çəkməli və bu  sahəyə diqqət yetirməliyik.  Mədəniyyətə diqqət ayrılmalıdır. Ona görə ki, bu sahə digər sahələrdən ciddi fərqlənir. İqtisadiyyatda yaranan problemi, çatışmazlığı, sınıqlığı qısa zamanda bərpa etmək olur, ancaq təhsil və mədəniyyət sahəsində belə vəziyyət yarandqıda bunu qısa zamanda bərpa etmək mümkün olmur. Əgər təhsil və mədəniyyət sahəsində sınıqlar, problem yaranarsa, bunu bərpa etmək üçün uzun illər lazım olur”.

 Komitə sədri onun da əlavə edib ki, maliyyə naziri Samir Şərifov  və baş nazir Artur Rəsizadə mədəniyyətə bağlı nəsillərdən çıxıblar və onlar mədəniyyət sahəsinə vəsait ayrılarkən bu məsələni nəzərə almalıdırlar: “Düşmənlərimiz torpaqlarımızı işğal etməzdən öncə, mədəniyyətimiz işğal ediblər. O baxımdan da nə musiqi məktəbləri, nə də teatrlar bağlanmalıdır. Buna yol vermək olmaz. Mədəniyyət ocaqlarının bağlanması  ölkədə mədəni düşüncənin formalaşmasına  mənfi təsir göstərir. Teatrın bağlanmasına da yol vermək olmaz. Onsuz da onlar çox da yüksək maaş almırlar”.