XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2016 - 13:46

Elmar Məmmədyarov:“Ermənistan Qarabağ üzrə danışıqlardan yayınır”

elmar

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır.

Bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə keçirilən görüşdən sonra məbuat nümayəndələri üçün təşkil edilmiş brifinqdə deyib.

E.Məmmədyarov əlavə edib ki, rəsmi Yerevan Fransa tərəfinin Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də cavab verməyib: "Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan yayınır, sülh prosesinə dəstək vermir".

Ermənistan tərəfinin Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi barədə bəyanatına münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, bu cür bəyanat danışıqlar prosesinə mənfi təsir göstərir.