XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2016 - 13:52

Akif Nağı:“Soso Pavliaşvilinin konserti bitəndən sonra polis bizi buraxdı”

 

akif-naqi

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü gürcü müğənni Soso Pavliaşvilinin konsertinin keçirldiyi Heydər Əliyev Sarayının qarşısında etiraz aksiyası keçiriblər. Hadisədən sonra polis onları saxlayıb.

 QAT sədri Akif Nağı Modern.az-a açıqlamasında bu barədə danışıb.

Soso Pavliaşvilinin konsertinə etiraz etdiyimiz üçün bizi Nəsimi rayon 22-ci polis bölməsinə apardılar. 9 üzvümüzü şaxlamışdılar. Biz də polis bölməsində nə səbəbə görə etiraz etdiyimizi bildirdik. Bizi bölmənin rəisi Zaur Əliyev qəbul etdi. Məqsədimizin, məramımızın nədən ibarət olduğunu izah etdik”.

Akif Nağının sözlərinə görə, konsert bitən kimi onlar da buraxılıblar.

“Bizi saat 1-ə qədər saxladılar. Görünür, Soso Pavliaşvilinin konsertinin bitmə vaxtını gözləyirdilər. Konsert bitən kimi aksiya iştirakçılarına xəbərdarlıq edib buraxdılar. Hətta, konsert saat yarımdan çox gec başladı. Üzvlərimiz  öncə sarayın qarşısında aksiya keçirdilər. Onlar bizim içəridə də adamlarımızın olduğu məlumatı əldə etmişdilər. Aksiya iştirakçılarını zərərsizləşdirənə qədər konsert ləngidi”.