XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 12:36

“Bu, onun ideyası olub…” –Politoloqdan Ramiz Mehdiyevin məqaləsinə şərh

ramiz-mehdiyev-2

 

Elxan Şahinoğlu, Politoloq

 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 səhifəlik yazısını oxudum.

Məqalədən seçidiym əsas tezislər bunlardır: “İki dövlətin xalqlarının nümayəndələri münaqişənin real mənbələrini açıq şəkildə və “yerlərdə” müzakirə edərək ümumi məxrəcə gələ, birgə nəticələrə nail ola bilərlər…”, “Azərbaycan və Ermənistan nümayəndələri arasında ən müxtəlif səviyyələrdə, o cümlədən sülhün bərqərar olması üçün mühüm hüquqi məkan olan xalq diplomatiyası formatında əlaqələrin intensivləşdirilməsi xüsusilə dəyərlidir…”, “erməni sosiumunda bəzi adamlar aydın başa düşürlər ki, Azərbaycan onların düşməni deyil…”, “Azərbaycan xalqı həmişə öz qonaqpərvərliyi ilə fərqlənib, kin saxlamayıb və dostluq etməyi bacarıb. Erməni fəallarının Bakıya səfəri bunu növbəti dəfə sübut etdi”.

Ramiz Mehdiyevin bu tezislərindən gəldiyim əsas qənaət budur ki, Prezident Administrasiyasnın rəhbəri “xalq diplomatiyası"nın tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə inanır. Çünki, geniş həcmli məqalədə “sülh” ifadəsinin sayı “müharibə” ifadəsinin sayını dəfələrlə üstələyir.

Ümumiyyətlə, məqalənin ana xətti erməni fəalların Bakıya gəlişləri və onların paytaxtımızda iştirak etdikləri konfransın tezislərindən ibarətdir. Məqalənin az qala üçdə bir hissəsini Bakıya gələn ermənilərin müxtəlif sitatları təşkil edir.

“Noyabrın 8-də keçirilən konfrans bir daha sübut etdi ki, Azərbaycan və erməni xalqları qarşılıqlı anlaşmaya çalışır”, – deyə, Ramiz Mehdiyevin məqaləsində bildirilib.

Bu məqaləni oxuduqdan sonra gəldiyim başqa qənaət bundan ibarətdir ki, ermənilərin Bakıya dəvət olunub sülhpərvər açıqlamalar verməsi elə Ramiz Mehdiyevin ideyası olub. Pis ideya deyil. Sadəcə, bu ideya Dağlıq Qarabağ münaqişəsinin həllini nə dərəcədə sürətləndirəcək, məncə, əsas sual budur!