XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 13:09

Məmmədyarov və Çavuşoğlu Qarabağımüzakirə ediblər

"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi və regional məsələləri müzakirə etdik".
 
APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

E.Məmmədyarov qeyd edib ki, M. Çavuşoğlu ona Türkiyədə səfərdə olan Rusiya xarici işlər naziri ilə Dağlıq Qarabağ məsələsinin geniş müzakirə olunduğunu çatdırıb: "Hamburqda gözlənilən ATƏT-in sammiti ilə bağlı da müzakirə apardıq".
  
Nazir bildirib ki, NATO-nun Əfqanıstanda sülhyaratma prosesi ilə bağlı 2017-ci ildə "İstanbul prosesi"nə Azərbaycan rəhbərlik edəcək: "Azərbaycan da Əfqanıstana tezliklə sülh gəlməsini istəyir".
  
E.Məmmədyarov deyib ki, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı da geniş müzakirə aparılıb: "TANAP layihəsi də müzakirə mövzusu oldu. Layihə üzrə işlərin 50 faizi görülüb. Eyni zamanda lavaşla bağlı YUNESKO-ya təqdim olunan və qəbul edilən təklifimiz də müzakirə edildi. Bu, çox mühüm bir addım idi".