XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 19:48

Çavuşoğlu Ərdoğanın adından prezidentə belə dedi:"...İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?"

"Azərbaycanla Türkiyəni dostluq və qardaşlıq əlaqələri bağlayır".

Strateq.az AzərTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Mövlud Çavuşoğlu deyib: “Mən buraya gəlməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab Prezident bizi qəbul edəcək. O dedi ki, cənab prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”.

Türkiyə Prezidentinə möhkəm cansağlığı arzulayan Azərbaycan Prezidenti deyib: “Bilirsiniz ki, hörmətli Prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”.

Prezident İlham Əliyev ölkələrimizin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.